• DÜNYA

    05:45 29 aprel 2020

KİV: "Uber" işçilərinin 20%-ni ixtisar etməyi düşünür

ABŞ-ın “Uber Advanced Technologies” şirkətinin rəhbərliyi işçilərin təxminən 20%-nin ixtisara salınması imkanlarını müzakirə edir.

APA xəbər verir ki, bu barədə “The Information” onlayn nəşri məlumat yayıb.

Məlumata görə, onlayn nəqliyyat daşınmaları üzrə kifayət qədər populyar olan şirkətin təxminən 5,4 minə yaxın işçisi bu halda iş yerlərini itirə bilər. Nəşr qeyd edir ki, pandemiya fonunda ixtisarlar önümüzdəki həftələrdə elan oluna bilər.

Şirkətin özü hazırda bu faktı təsdiqləməyib, ancaq belə bir variantın baş verə biləcəyini də istisna etməyib.

“Şirkət böhrandan çıxmaq və ən güclü mövqeləri tutmaq üçün bütün mümkün variantları nəzərdən keçirir”, - deyə “The Information” şirkət nümayəndəsinə istinadən bildirib. Eyni zamanda, nəşrin məlumatına görə, 2013-cü ildən bəri şirkətin texniki direktoru işləyən Tuan Fam pandemiya fonunda istefa verib.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR