• DÜNYA

    02:49 31 yanvar 2020

Koronavirus İtaliyada da aşkar edilib


Koronavirus İtaliyada da qeydə alınıb.

APA-nın Reuters-ə istinadən verdiyi xəbərə görə, bu barədə İtaliyanın Baş naziri Cüzeppi Konte açıqlamasında bildirib.

O qeyd edib ki, yeni virusa yoluxma hadisəsi Çindən İtaliyaya gələn 2 turistdə aşkarlanıb.

“Koronavirusa yoluxma halı İtaliyada ilk hadisəsir”, - deyə C.Konte vurğulayıb.

Baş nazir ölkəsi ilə Çin arasındakı uçuşların dayandırıldığını da elan edib.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR