• DÜNYA

    03:35 9 aprel 2020

Moskvada qocalar evində baş vermiş yanğın zamanı ölənlərin sayı artıb - YENİLƏNİB

Moskvada qocalar evində baş vermiş yanğın nəticəsində xəsarət alanlardan ikisi xəstəxanada keçinib.

APA “TASS”-a istinadən xəbər verir ki, bu barədə tibb müəssisəsindəki mənbə məlumat çatdırıb.

“Xəsarət alanlardan ikisi xəstəxanada ölüb. Belə olan halda, hadisə nəticəsində ölənlərin sayı dördə çatıb”, - deyə mənbə agentliyə bildirib.

Qeyd edək ki, Moskvanın 3-cü Mayakininskaya küçəsində yerləşən “Üçüncü yaş həddi” adlı qocalar evində baş vermiş yanğın 300 kv/m sahəni əhatə edib.

***

Saat 01:26

Rusiyada, Moskvanın qərbində güclü yanğın baş verib.

APA “TASS”-a istinadən xəbər verir ki, hadisə zamanı iki nəfər ölüb, 10-dan artıq adam xəsarət alıb.

Yanğın 3-cü Mayakinskaya küçəsində yerləşən “Üçüncü yaş həddi” adlı qocalar evində qeydə alınıb. Əraziyə çox sayda yanğınsöndürənlər və xilasedicilər cəlb olunub. İlkin məlumata görə, binada ümumilikdə 65 nəfər olub, onlardan 18 nəfər xilas edilib, iki nəfər ölüb, 10-dan çox insan xəsarət alıb.

Yanğının binanın zirzəmisindəki qazanxanadan qaynaqlandığı ehtimal olunur. İnsidentin dəqiq səbəbləri araşdırılır.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR