• DÜNYA

    02:41 18 aprel 2021

Paşinyanın ölən əsgərin məzarına gül qoymasına icazə verilməyib - VİDEO

Ermənistanın Vayotsdzor vilayətinin sakini baş nazir Nikol Paşinyanın Qarabağda gedən döyüşlərdə ölən qohumunun məzarı üstünə gül dəstəsi qoymasına icazə verməyib.

APA xəbər verir ki, hadisənin videosu “News.am” saytında yerləşdirilib.

“Bu, mənim qardaşımın məzarıdır. Mənim hüquq çatır... Sənə icazə vermirəm”, - deyə kənd sakini bildirib.

Paşinyan sonradan qəbrə bird aha yaxınlaşıb və həmin sakinlə danışmağa çalışıb, ancaq həmin şəxs bildirib ki, “rəsmi şəxslərdən heç kim qardaşının cəsədini tapmasına kömək etməyib, əksinə müdaxilə ediblər”.

Sərxan

Teqlər:

SON XƏBƏRLƏR