"Perseverance" aparatının Marsa enməsinin görüntüləri yayılıb - [color=red]VİDEO[/color]
  • DÜNYA

  • 04:17 23 Fevral 2021

"Perseverance" aparatının Marsa enməsinin görüntüləri yayılıb - VİDEO

NASA ən son roveri olan “Perseverance” aparatının Mars planetinə enməsini əks etdirən videogörüntüləri yayıb.

APA “RİA Novosti”yə istinadən xəbər verir ki, qurumun “Marsa necə enmək olar” başlığı altında təqdim etdiyi video rover tərəfindən fevralın 18-də “Qırmızı planet”ə eniş zamanı lentə alınıb. Zond enişdən dərhal sonra Marsın ağ-qara şəkillərini ötürməyə başlayıb, ancaq onun kameralarından daha ağır ölçülü video faylları almaq üçün NASA-ya bir neçə gün lazım olub.

Zondun kamerası Marsa enmə prosesinin hamısını – paraşütdən ayrılmasından torpağa ilk təmasına qədər çəkib.

NASA-da, həmçinin qeyd olunub ki, aparatın kameraları gözləntilərin əksinə olaraq Marsa eniş səsini yaza bilməyib.

Sərxan Kamallı

Teqlər:

OXŞAR XƏBƏRLƏR