Pompeo Netanyahu ilə telefon danışığında İranla bağlı müzakirələr aparıb
  • DÜNYA

  • 08:27 05 Yanvar 2020

Pompeo Netanyahu ilə telefon danışığında İranla bağlı müzakirələr aparıb

 

 

ABŞ-ın Dövlət katibi Mayk Pompeo İsrailin Baş naziri Benyamin Netanyahu ilə telefon danışığı olub.

APA-nın Reuters-ə istinadən verdiyi məlumata görə, bu barədə Pompeo özünün “Twitter” səhifəsində bildirib. 

Qeyd edib ki, tərəflər arasında ABŞ-ın İran hərbi generalı Qasım Süleymaninin ölümünə səbəb olan hava hücumundan sonra İrandakı mövcud vəziyyətlə əlaqədar fikir mübadiləsi aparılıb.

"Netanyahu ilə telefon danışığına İranın bölgədəki zərərli təsirinə və təhdidlərinə qarşı mübarizənin vacibliyini vurğuladıq", deyə, Pompeo əlavə edib. 

Pompeo həmçinin İsrailin terrorizmi məğlub etməkdə davamlı dəstəyinə görə həmişə minnətdar olduğunu vurğulayıb.

 

Rəşad Sarıyev

Teqlər:

OXŞAR XƏBƏRLƏR