• DÜNYA

    12:38 15 oktyabr 2019

Prezident İlham Əliyev Yaponiyanın Baş Naziri Şinzo Abeyə başsağlığı verib

Azərbaycan Prezidenti İlham Əliyev Yaponiyanın Baş Naziri Şinzo Abeyə başsağlığı məktubu ünvanlayıb.

ONA-nın xəbərinə görə, başsağlığı məktubunda deyilir:

“Hörmətli cənab Baş Nazir,

Ölkənizdə baş vermiş “Hagibis” tufanı nəticəsində çoxsaylı insan tələfatı və dağıntılar barədə xəbər məni olduqca kədərləndirdi.

Baş vermiş bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, bütün Yaponiya xalqına öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, yaralananlara və xəsarət alanlara şəfa diləyirəm”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR