• DÜNYA

    16:48 1 yanvar 2020

Roma Papası qadının əlinə zərbə vurması ilə bağlı üzr istəyib - VİDEO - YENİLƏNİB

Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə vurması ilə əlaqədar üzr istəyib.

APA-nın “RİA Novosti” agentliyinə istinadən verdiyi məlumata görə, Papa Fransisk deyib ki, dözümlülük sevgidir.

Müqəddəs Petr meydanında Yeni illə bağlı katoliklərə müraciət edən Roma Papası bildirib ki, bəzən dözümü itiririk: “Dünən də mən dözümü itirmişdim. Buna görə də mən dünənki pis nümunəyə görə üzr istəyirəm”.

***

saat 13.20

Roma Papası Fransisk Yeni il şənliyi ilə əlaqədar Romanın Müqəddəs Petr meydanında toplaşan katoliklərlə görüşü zamanı bir qadının əlinə zərbə endirib.

ONA-nın məlumatına görə, videogörüntü “CBS News” telekanalının “Twitter” sosial şəbəkəsindəki səhifəsində yerləşdirilib.

Kadrlardan görünür ki, dəmir çəpərin arxasında olan qadın Roma Papasının əlindən tutur. Roma Papası qadının hərəkətinə dərhal reaksiya verir, bir neçə dəfə digər əli ilə qadının əlinə zərbə endirir.

Dərhal olaya Roma Papasının mühafizəçiləri müdaxilə edir.

ONA

Teqlər:

SON XƏBƏRLƏR