Ruhani: "İran nüvə anlaşmasına dəyişikləri müzakirə etməyəcək"
  • DÜNYA

  • 00:10 04 Fevral 2021

Ruhani: "İran nüvə anlaşmasına dəyişikləri müzakirə etməyəcək"

"Hərtərəfli birgə fəaliyyət planına yeni şərtlər əlavə oluna bilməz".

APA-nın Rusiya mətbuatına istinadən xəbərinə görə, bunu İran Prezidenti Həsən Ruhani bildirib.

Vaşinqtonun nüvə anlaşmasına qayıdacağı ətrafında gedən polemikaları şərh edən Ruhaninin sözlərinə görə, birgə fəaliyyət planı asanlıqla əldə olunmayıb: “Onun işlənməsi və müzakirəsi üçün 10 ilə yaxın vaxt tələb olunub. Buna görə də planın heç bir bəndi dəyişdirilə və ya ona yeni şərtlər əlavə oluna bilməz".

İran Prezidenti həmçinin Birləşmiş Ştatları beynəlxalq qətnamələrə riayət etməyə çağırıb. Onun sözlərinə görə, razılaşmanı ölkəsi deyil, rəsmi Vaşinqton pozub. Ruhani bəyan edib ki, İranın öhdəliklərini yerinə yetirməsi Birləşmiş Ştatların yanaşmasından asılı olacaq.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR