• DÜNYA

    05:22 21 oktyabr 2019

Suriyadan çıxarılan ABŞ qüvvələri İraqa yerləşdirilir

Rəsmi Vaşinqton Suriyanın şimal-şərqindən çıxardığı hərbiçilərini İraqa göndərməyi planlaşdırır.

APA “voiceamerica”ya istinadla xəbər verir ki, bunu ABŞ-ın Müdafiə naziri Mark Esper bəyan edib.

700-dən çox hərbçidən söhbət getdiyini bildirən Esper onların İraqın cənubunda yerləşdiriləcəyini və İŞİD-ə qarşı mübarizəni davam etdiricəklərini vurğulayıb.
Pentaqon lideri ABŞ-ın İraqdan Suriyaya mümükün antiterror reydlərini istisna etməyib.
O bildirib ki, plan gələn bir neçə gün ərzində NATO ilə keçiriləcək yığıncaq zamanı müzakirə ediləcək.
Müdafiə naziri deyib ki, əgər qüvvələr Suriyaya geri qaytarılsa, onlar ABŞ-ın hava qüvvələri tərəfindən müdafiə ediləcək.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR