• DÜNYA

    18:24 31 dekabr 2019

Suriyanın İdlib vilayətinin Türkiyə ilə sərhəd rayonlarındakı məcburi köçkünlərin sayı 300 min nəfərə çatır

Son iki gündə Suriyanın İdlib vilayətində daha 20 min suriyalı evlərini tərk edib.

ONA-nın “Anadolu” agentliyinə istinadən verdiyi məlumata görə, Bəşər Əsədə sadiq sadiq qüvvələrin hücumları nəticəsində evlərini tərk edən İdlib sakinləri Türkiyə ilə sərhəddə yerləşən nisbətən təhlükəsiz rayonlara üz tutur.

İdlib vilayətində evlərini tərk edərək Türkiyə ilə sərhəd rayonlarda məskunlaşanların sayı artıq 284 min nəfərə çatıb. Əgər yaşayış məntəqələrinin bombalanması davam edərsə, İdlib daxilində məcburi köçkünə çevrilənlərə 250 min nəfər də əlavə olunacaq və Türkiyə sərhədinə yaxın rayonlarda toplaşan suriyalıların sayı 500 min nəfəri ötəcək.

Qeyd edək ki, Suriyada böhranın başladığı 2011-ci ilin martından ötən dövr ərzində 6,6 milyon insan məcburi köçkünə, 5,6 milyon insan qaçqına çevrilib.

ONA

Teqlər:

SON XƏBƏRLƏR