Tbilisidə parlament binası qarşısında aksiya başlayıb - [color=red]FOTOSESSİYA[/color]
  • DÜNYA

  • 16:31 17 Noyabr 2019

Tbilisidə parlament binası qarşısında aksiya başlayıb - FOTOSESSİYA

Tbilisidə parlament binası qarşısında müxalifət mitinq keçirilir.

APA-nın yerli bürosu xəbər verir ki, Gürcüstanın ən böyük müxalifət partiyası olan "Vahid Milli Hərəkat"ın çağırışı ilə Puşkin parkına toplanan minlərlə insan parlament binasının doğru  yürüş edib.

Etiraz aksiyasına "Avropalı Gürcüstan",  "Vətənpərvərlər Alyansı" partiyalarının tərəfdarları da qoşulub.  Aksiyaçıların tələbləri isə dəyişməyib. Mitinqdə müvəqqəti hökumətin qurulması, 2020-ci ildə parlament seçkilərində proporsional sistemin tətbiq edilməsi və hazırkı Mərkəzi Seçki Komissiyasının tərkibinin dəyişdirilməsi tələb edilib. Mitinqə qoşulmaq üçün ölkənin rayonlarından da  yüzlərlə insanın avtobusla paytaxta gəldiyi bildirilib.

Qeyd edək ki, noyabrın 14-də Gürcüstan parlamentində keçirilən səsvermədə proporsional seçki sisteminə keçidi nəzərdə tutan konstitusiya düzəlişinin qəbul edilməməsi müxalifətin etirazına səbəb olub.  Ötən gecə parlament binası qarşısında böyük çadır qurulub və qərargah yaradıldığı elan edilib.

Etirazçılar tələbləri qəbul edilənədək mitinqləri davam etdirəcəklərini bəyan ediblər.

Səid Babazadə

Teqlər: Gürcüstan aksiya bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR