Türkiyə İdlibdə Suriya rejiminə məxsus iki qırıcı təyyarəni vurub - [color=red]VİDEO[/color]
  • DÜNYA

  • 16:51 01 Mart 2020

Türkiyə İdlibdə Suriya rejiminə məxsus iki qırıcı təyyarəni vurub - VİDEO

Türkiyə ordusu Suriya rejiminə məxsus iki “Su-24” qırıcı təyyarəsini məhv edib.

ONA-nın Türkiyə bürosunun xəbərinə görə, bu barədə Türkiyə Müdafiə Nazirliyi məlumat yayıb.

Qırıcı təyyarələr Suriyanın İdlib vilayətində Türkiyə ordusunun mövqelərinə təhdid yaratdığı üçün vurulub. Eyni zamanda İdlibdə Türkiyəyə məxsus silahlı pilotsuz aparatı vuran iki hava hücumundan müdafiə sistemi də sıradan çıxarılıb.

OXŞAR XƏBƏRLƏR