• DÜNYA

    14:57 1 mart 2020

Türkiyə Suriyanın İdlib vilayətində “Bahar qalxanı” əməliyyatı həyata keçirdiyini bəyan edib

Türkiyə fevralın 27-də Suriyanın İdlib vilayətində 36 hərçisinin şəhid edilməsindən sonra "Bahar qalxanı" əməliyyatına başlayıb.

APA-nın Türkiyə bürosunun məlumatına görə, bunu bu gün Türkiyə Müdafiə naziri Hulisi Akar bəyan edib.

H. Akar fevralın 27-dən ötən dövr ərzində İdlibdə Suriya rejiminə məxsus 1 pilotsuz uçuş aparatı, 8 vertolyot, 103 tank, 72 top, 3 hava hücumundan müdafiə sistemi, 2 min 212 hərbçinin məhv edildiyini bildirib: “İdlibdə Rusiya ilə qarşı-qarşıya gəlmək kimi bir niyyət və məqsədimiz yoxdur. Niyyətimiz Suriya rejiminin qətliamına son qoymaq və qaçqın axınının qarşısının alınmasıdır. Rusiyadan gözləntimiz Suriya rejiminin hücumlarını dayandıraraq Soçi razılaşması sərhədlərinə çəkilməsi üçün nüfuzundan istifadə etməsidir”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR