• HADİSƏ

    04:00 21 fevral 2021

Bakı-Sumqayıt yolunda üç avtomobil toqquşub - FOTO

Bakı-Sumqayıt şosesində üç avtomobil toqquşub.

APA xəbər verir ki, hadisə şosesinin Binəqədi rayonu ərazisinə düşən hissəsində baş verib.

"Opel" markalı nəqliyyat vasitəsi eyni markalı avtomobillə toqquşub. Daha sonra "Saipa" markalı nəqliyyat vasitəsi hər iki avtomaşına çırpılıb. Qəza nəticəsində "Saipa" markalı nəqliyyat vasitəsində olan sərnişin xəsarət alıb.

Faktla bağlı avtotexniki ekspertiza təyin edilib.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR