• HADİSƏ

    03:26 14 yanvar 2020

Bakıda avtomobil mağazaya çırpılıb, sürücü xəsarət alıb - FOTO - VİDEO

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

1981-ci il təvəllüdlü Qasımov Namiq Mayıl oğlunun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq mağazaya çırpılıb. Nəticədə sürücü xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Mağazaya da ciddi ziyan dəyib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR