• HADİSƏ

    23:28 12 yanvar 2020

Bakıda gənc motosikletlə qəza törədərək xəsarət alıb

Bakının Yasamal rayonunda yol-nəqliyyat hadisəsi zamanı 1 nəfər xəsarət alıb.

APA-nın xəbərinə görə, qəza Mətbuat prospekti, Akim Abbasov küçəsində baş verib.

1999-cu il təvəllüdlü Səfərbəyov Tural Rüstəm oğlu idarə etdiyi motosikletlə hərəkətdə olarkən idarəetməni itirib. Nəticədə motosiklet aşıb və T.Səfərbəyov xəsarət alıb.

Yaralı xəstəxanaya çatdırılıb.

Faktla bağlı Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR