• HADİSƏ

    21:50 9 oktyabr 2019

Bakıda "Mercedes Gelandewagen" qəfildən yanıb - FOTO

Bakının Xəzər rayonu ərazisində avtomobil yanıb.

APA-nın məlumatına görə, hadisə aeroport şossesində, Milli Aviasiya Akademiyasının qarşısında qeydə alınıb.

Belə ki, 10-PP-222 qeydiyyat nişanlı "Mercedes Gelandewagen" markalı avtomobil qəfildən alışmağa başlayıb. Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri cəlb olunub və yanğının qarşısı alınıb. Bununla belə, nəqliyyat vasitəsinə ciddi ziyan dəyib.

Yanğının hansı səbəbdən baş verməsi araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR