• HADİSƏ

    02:45 28 iyun 2020

Bakıda qəbiristanlıq ərazisindəki yanğın söndürülüb - FOTO

Bakının Xətai rayonunda baş vermiş yanğın söndürülüb.

APA-nın məlumatına görə, hadisə Xudu Məmmədov küçəsindəki qəbiristanlıq ərazisində qeydə alınıb.

Hadisə şahidlərinin bildirdiyinə görə, qəbiristanlıqda quru kol-kos yanıb.

Yanğının söndürülməsinə Fövqəladə Hallar Nazirliyinin yanğından mühafizə xidməti cəlb olunub.

Hadisənin səbəbləri araşdırılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR