• HADİSƏ

    04:07 8 oktyabr 2019

Bakının Yasamal rayonunda "BMW" piyadanı vuraraq öldürüb - FOTO

Bakının Yasamal rayonunda piyadanın ölümü ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın məlumatına görə, avtoqəza Tbilisi prospektində qeydə alınıb.

Belə ki, Xaqani Səfərov idarə etdiyi "BMW" markalı avtomobillə metronun "20 Yanvar" stansiyası istiqamətində hərəkətdə olarkən qəfildən yola daxil olan 50-55 yaşlı kişini vurub. Payada aldığı xəsarətlərdən hadisə yerində keçinib.

Faktla əlaqədar Yasamal Rayon Polis İdarəsində araşdırma aparılır.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR