Etibar Mirzəyev: "Yanğının qarşısı alınıb"
  • HADİSƏ

  • 02:36 08 Oktyabr 2019

Etibar Mirzəyev: "Yanğının qarşısı alınıb"

Yanğının qarşısı alınıb. Hazırda ərazidə soyutma işləri aparılır.

APA-nın məlumatına görə, bunu fövqəladə hallar nazirinin müavini Etibar Mirzəyev "Binə" ticarət mərkəzində baş vermiş yanğınla bağlı jurnalistlərə müsahibəsində deyib.

Nazir müavininin sözlərinə görə, hadisənin baş verməsinin dəqiq səbəbləri bilinmir. O, həmçinin yanğın nəticəsində sahibkarlara dəymiş ziyanın hesablanacağını da bildirib. İlkin ehtimala görə, yanğın təxminən 2000-3000 kv.m ərazini əhatə edib.

ONA

Teqlər: Bakı yanğın FHN

OXŞAR XƏBƏRLƏR