• HADİSƏ

    04:11 20 fevral 2021

Masallıda gənc qadın keçmiş həyat yoldaşı tərəfindən bıçaqlanıb

Masallı rayonunda bıçaqlanma hadisəsi baş verib.

APA-nın cənub bürosunun verdiyi məlumata görə, hadisə rayonun Qəriblər kəndində baş verib. Kənd sakini, 1998-ci il təvəllüdlü Firuzə Natiq qızı Məmmədovaya keçmiş həyat yoldaşı bir neçə bıçaq zərbəsi vurub.

Qadın döş qəfəsi və belin sol aşağı nahiyələrindən aldığı xəsarətlərlə Lənkəran Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR