• HADİSƏ

    05:18 12 avqust 2019

Masallıda iki avtomobilin toqquşması nəticəsində bir nəfər vəfat edib - FOTO


Masallıda baş verən yol qəzasında bir nəfər dünyasını dəyişib.


APA-nın cənub bürosunun verdiyi məlumata görə, qəza köhnə Ələt-Astara magistral yolunun 180-ci km-liyində baş verib.

Əks istiqamətdə hərəkət edən, Masallı sakini, 1975-ci il təvəllüdlü Mürşüd Cümşüd oğlu Nəsirovun idarə etdiyi "VAZ 2106" markalı avtomobillə Liman şəhər sakini, 1996-cı il təvəllüdlü Nicat Vidadi oğlu Əzimlinin sürücüsü olduğu "VAZ 2107" markalı avtomobil toqquşub. Nəticədə "VAZ 2107"-nin sərnişinlərindən biri, 1969-cu il təvəllüdlü Vidadi Rüstəm oğlu Əzimli hadisə yerində dünyasını dəyişib.

Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin Cənub Regional Mərkəzinin xilasetmə qüvvələri minik avtomobilində sıxılı vəziyyətdə qalan 1 nəfərin meyitini və müxtəlif xəsarətlər alan digər 1 nəfəri deformasiyaya uğrayan nəqliyyat vasitəsindən çıxarılıb.

Onun meyiti Məhkəmə Tibbi-Ekseprtiza və Patoloji Anatomiya Birliyinin Lənkəran filialına təhvil verilib.

Ailə üzvü olan digər sərnişin, 1978-ci il təvəllüdlü Aynur Vahab qızı Əzimli isə adıçəkilən sürücülərlə birgə müxtəlif dərəcəli bədən xəsarətləri ilə Masallı Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib.

Qeyd edək ki, vəfat edən V.Əzimli ailəsi ilə birgə əsgər övladının andiçmə mərasimindən qayıdırmış.

Faktla bağlı araşdırma aparılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR