• HADİSƏ

    21:33 27 iyun 2020

Qazax sakini Ağstafada su kanalında boğulub

Ağstafada bədbəxt hadisə baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Dağ Kəsəmən kəndində qeydə alınıb.

Qazax sakini, 1962-ci il təvəllüdlü Abdullayev Məqsəd Bəhlul oğlu kənd ərazisində su kanalında boğlub. Onun meyiti su kanalından çıxarılaraq aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı Ağstafa Rayon Prokurorluğunda araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR