• HADİSƏ

    06:32 12 avqust 2019

Şəmkirdə yol qəzasında 3 nəfər ağır xəsarət alıb


Şəmkir rayonunda 3 nəfərin yaralanması ilə nəticələn ağır yol-nəliqliyyat hadisəsi baş verib.
APA -nın yerli bürosunun məlumatına görə, hadisə rayonunun Çinarlı kəndində qeydə alınıb.
Belə ki, “VAZ 21010” maraklı minik avtomobili ilə digər “VAZ” markalı minik maşını toquşub. Qəza nəticəsində avtomobil deformasiyaya uğrayıb.
Hadisə yerinə cəlb olunan Fövqəladə Hallar Nazirliyinin əməkdaşları avtomobildə sıxılmış vəziyyətdə olan qadını çıxardıblar.
Qəza nəticəsində 1964-cü il təvəllüdlü Xəlilov Aftandil Yaqub oğlu, 1961-ci il təvəllüdlü Əliyev Mətləb Ələsrəf oğlu və Əliyeva Şəlalə Mahmud qızı xəsarət alıblar.
Xəstəxadan bildirilib ki, yaraların vəziyyəti orta ağır olaraq qalır. Qadının vəziyyəti daha ağırdır. Onun bel nahiyyəsindən ağır xəsarət aldığı bildirilir.
Hadisənin səbəbləri dəqiqləşdirilir. Faktla bağlı Şəmkir rayon polis şöbəsində araşdırma aparılır.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR