• HADİSƏ

    02:10 17 oktyabr 2020

Sumqayıtda küçədə naməlum kişi meyiti tapılıb

Sumqayıtda Sahil küçəsində naməlum kişi meyiti aşkar edilib.

APA-nın yerli bürosunun məlumatına görə, meyitin üzərində heç bir sənəd olmayıb.

Həmin şəxsin 50-55 yaşlarında kişi olduğu bildirilir. Onun avtomobil tərəfindən vurulduğu ehtimal olunur.

Hazırda hüquq-mühafizə orqanları tərəfindən meyitin şəxsiyyəti müəyyənləşdirilir.

Meyit aidiyyəti üzrə təhvil verilib.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

SON XƏBƏRLƏR