• HADİSƏ

    19:57 11 avqust 2019

Tovuzda 18 yaşlı qız özünü körpüdən atıb, vəziyyəti ağırdır - YENİLƏNİB

Bu gün Tovuzda intihar məqsədilə özünü körpüdən atan qızın şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, rayonun Heydər Əliyev prospektində, Tovuz çayının üzərində yerləşən körpüdən özünü atan 2001-ci il təvəllüdlü Həsənova Kifayət Məhəmməd qızı olub.

Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilən K. Həsənovanın vəziyyəti ağırdır.

***

saat 19.50

Bu gün Tovuzda 20-25 yaşlarında olduğu ehtimal edilən qız intihara cəhd edib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Heydər Əliyev prospektində, Tovuz çayının üzərində yerləşən körpüdə qeydə alınıb.

Hələlik şəxsiyyəti məlum olmayan qız özünü körpüdən atıb. O, Tovuz Rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib, vəziyyəti ağırdır.

Faktla bağlı araşdırma aparılır.

Fuad

Teqlər:

SON XƏBƏRLƏR