• HADİSƏ

    14:38 1 dekabr 2019

Zaqatalada 4 bal gücündə zəlzələ olub, ətraf rayonlarda 3 bala qədər hiss edilib - YENİLƏNİB

Bu gün yerli vaxtla saat 14:06 radələrində Zaqatala stansiyasından 8 km qərbdə Zaqatala ərazisində 3,9 maqnitudalı zəlzələ qeydə alınıb.

ONA-nın Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzinə istinadən verdiyi məlumata görə, zəlzələnin ocağı 11 km dərinlikdə yerləşib.

Zəlzələ episentrdə 4 bal, yaxın ətraf rayonlarda 3 bala qədər hiss olunub.

***

saat 14.30

Bu gün saat 14.06 radələrində Zaqatalada zəlzələ baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, zəlzələ 3 bal gücündə hiss edilib.

Dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

Vüqar

Teqlər:

SON XƏBƏRLƏR