Bakı-Şamaxı yolunda qəzada xəsarət alanların kimliyi müəyyənləşib - [color=red]VİDEO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 19:38 09 İyul 2019

Bakı-Şamaxı yolunda qəzada xəsarət alanların kimliyi müəyyənləşib - VİDEO - YENİLƏNİB

Bakı-Şamaxı yolunda baş verən avtomobil qəzasında xəsarət alan şəxslərin adları məlum olub.

ONA-nın yerli bürosunun xəbərinə görə, xəsarət almış 6 nəfər - Sumqayıt sakinləri, 1972-ci il təvəllüdlü Qarakişiyeva Səbinə Rafiq qızı, 1962-ci il təvəllüdlü Məmmədova Həsənağa Sultanağa oğlu, 1996-cı il təvəllüdlü Zeynəddinli Elmi Rafiq oğlu, 1992-ci il təvəllüdlü Nazarova Aynur Teymur qızı, 1997-ci il təvəllüdlü Zeynəddinli Elcan Rafiq oğlu, Şamaxı sakini, 1971-ci il təvəllüdlü Mirzəyev Yaşar Əlikram oğlu müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Şamaxı rayon Mərkəzi Xəstəxanasına çatdırılıb.

Faktla bağlı araşdırma aparılır.

***

Saat 17:55

Şamaxı rayonunda 6 nəfərin xəsarət alması ilə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib. 

ONA-nın yerli bürosunun xəbərinə görə, bu gün saat 17:30 radələrində Bakı-Şamaxı yolunun 110-cu kilometrliyində, Acıdərə adlanan ərazidə "Ford" markalı sərnişin mikroavtobusu ilə "Mercedes" markalı minik avtomobilinin toqquşması nəticəsində 6 nəfər ağır xəsarət alıb.

Xəsarət alanlar Şamaxı rayon Mərkəzi Xəstəxanasına aparılıb. 

Şahnəzər Bəşirov

Teqlər: Şamaxı "Mersedes" yol qəzası

OXŞAR XƏBƏRLƏR