Bakıda avtomobil mağazaya çırpılıb, sürücü xəsarət alıb - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 03:26 14 Yanvar 2020

Bakıda avtomobil mağazaya çırpılıb, sürücü xəsarət alıb - FOTO - VİDEO

Bakının Sabunçu rayonunda yol qəzası baş verib.

APA xəbər verir ki, hadisə Zabrat-Kürdəxanı yolunda qeydə alınıb.

1981-ci il təvəllüdlü Qasımov Namiq Mayıl oğlunun idarə etdiyi "BMW" markalı avtomobil idarəetmədən çıxaraq mağazaya çırpılıb. Nəticədə sürücü xəsarət alaraq 3 saylı Şəhər Klinik Xəstəxanasına yerləşdirilib. Mağazaya da ciddi ziyan dəyib.

Hadisə ilə bağlı araşdırmalar aparılır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR