Gəncədə piyadanı maşın vurub
  • HADİSƏ

  • 22:41 04 Aprel 2021

Gəncədə piyadanı maşın vurub

Gəncədə piydanın vurulması ilə nəticələn yol qəzası baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə şəhərin 5-ci mikrorayon adlanan ərazisində qeydə alınıb.

Hərəkətdə olan “VAZ 21015” markalı minik maşını yolu keçmək istəyən ortayaşlı kişini vurub. Yaralı dərhal sürücü tərəfindən xəstəxanaya yerləşdirilib. Vəziyyətinin ağır olduğu bildirilir. 

Hadisə yerinə DYP əməkdaşları cəlb olunub.

Faktla bağlı araşdırma aparılır.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR