Hacıqabulda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb
  • HADİSƏ

  • 15:53 01 Dekabr 2019

Hacıqabulda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb

Hacıqabulda avtomobil dərəyə aşıb, 3 nəfər xəsarət alıb.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Hacıqabul rayonunun Abdulabad kəndində qeydə alınıb.

Həmin kəndin sakini, Məmmədhəsənov Rasim Bilal oğlunun idarə etdiyi "VAZ 21099" markalı avtomobil yoldan çıxaraq dərəyə aşıb. Nəticədə sürücü yüngül xəsarət alıb.

Avtomobildə olan 2005-ci il təvəllüdlü Məmmədhəsənli Nasim Süleyman oğlu və 2001-ci il təvəllüdlü Məmmədhəsənli Qasim Bilal oğlu isə müxtəlif dərəcəli xəsarətlərlə Şirvan Şəhər Xəstəxanasının travmatologiya şöbəsinə yerləşdirilib, vəziyyətləri orta-ağırdır.

Faktla bağlı Hacıqabul Rayon Polis Şöbəsində araşdırma aparılır.

 

Əlibəy Zeynallı

Teqlər: Hacıqabul qəza bütün xəbərlər

OXŞAR XƏBƏRLƏR