Harami düzündə aşkar olunmuş top mərmisi zərərsizləşdirilib - [color=red]FOTO[/color]
  • HADİSƏ

  • 07:40 07 Noyabr 2019

Harami düzündə aşkar olunmuş top mərmisi zərərsizləşdirilib - FOTO

Füzuli rayonunun Harami düzü ərazisində top mərmisi aşkar olunub.

APA Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyə istinadən xəbər verir ki, bu barədə Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən və Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən məlumatlar daxil olub.

Məlumatların axşam saatlarında daxil olmasını, məlumat verən şəxsin həmin ərazidə olmadığını və qeyd olunan ərazinin yaşayış məntəqəsindən təxminən 70 km məsafədə yerləşdiyini nəzərə alaraq, Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu və Daxili İşlər Nazirliyinin Füzuli rayon Polis şöbəsinin əməkdaşları 06 noyabr tarixində həmin əraziyə göndərilib və adı qeyd olunmuş ərazidə əkin sahəsinə baxış keçirilib. Aparılan əməliyyat-axtarış tədbirləri nəticəsində 1 ədəd 125 mm-lik top mərmisi (OF-26) aşkar olunub, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Top mərmisinin ətrafında 200 kv.m əraziyə yerüstü, 50 kv.m əraziyə isə yeraltı baxış keçirilib, əlavə təhlükəli əşya və qurğu aşkarlanmayıb.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR