Şəkidə yük maşını yanıb
  • HADİSƏ

  • 00:58 06 Aprel 2021

Şəkidə yük maşını yanıb

Şəki Rayon Baytarlıq İdarəsinə məxsus yük maşınında yanğın olub.

APA-nın şimal-qərb bürosunun məlumatına görə, aprelin 5-də axşam saat 23:40-da şəhərin Z.Əliyeva küçəsində rayon sakini Anar Hacıəliyevin  idarə etdiyi “QazEl” markalı 55-AZ-824 dövlət nömrə nişanlı xırdatutumlu yük maşınının mühərrik hissəsində yanğın baş verib.

Hadisə yerinə Fövqəladə Hallar Nazirliyinin (FHN) Şəki Rayon Dövlət Yanğından Mühafizə Hissəsinin texnikası və şəxsi heyəti cəlb edilib. Yanğınsöndürənlərin səyi nəticəsində maşının tam yanmasının qarşısı alınıb. Yanğın nəticəsində ön hissəsinə ciddi ziyan dəyib.

Faktla bağlı araşdırma aparılır.

Vüqar Heydərov

Teqlər:

OXŞAR XƏBƏRLƏR