Sürücünün vuraraq atıb qaçdığı piyada öldü
  • HADİSƏ

  • 07:16 11 İyul 2019

Sürücünün vuraraq atıb qaçdığı piyada öldü


Suraxanı rayonunda qadını avtomobil vurub.
APA xəbər verir ki, hadisə Suraxanı bazarının yaxınlığında baş verib.
Minik avtomobili şəxsiyyəti hələlik bəlli olmayan təxminən, 50 yaşlı qadını vurub. Hadisədən sonra sürücü ərazidən yayınıb.
Yaralı ağır vəziyyətdə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib. Ona başın və bədənin müxtəlif nahiyələrinin əzilmiş yarası diaqnozu qoyulub. Lakin həkimlərin səyinə baxmayaraq yaralı dünyasını dəyişib.
Suraxanı rayon Polis İdarəsinin əməkdaşları hadisəni törədən sürücünün tapılması istiqamətində əməliyyat-axtarış tədbirləri aparır.
Faktla bağlıa araşdırma başlanılıb.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR