• SİYASƏT

    14:46 24 yanvar 2020

Azərbaycan Prezidenti Davosda “Equinor” şirkətinin baş icraçı direktoru ilə görüşüb

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Davosda “Equinor” şirkətinin baş icraçı direktoru Eldar Saetre ilə görüşüb.

ONA xəbər verir ki, görüşdə “Qarabağ” yatağı layihəsi müzakirə olundu. “Equinor” şirkətinin 1994-cü ildən Azərbaycanda olduğunu deyən dövlətimizin başçısı ölkəmizdə onun fəaliyyətinə çox böyük əhəmiyyət verildiyini qeyd edib.

Söhbət zamanı alternativ enerji mənbələri üzrə layihələr barədə də fikir mübadiləsi aparılıb.

ONA

Teqlər:

SON XƏBƏRLƏR