• HADİSƏ

    13:25 7 mart 2020

Azərbaycanda torpaq sürüşməsində 1 nəfər ölüb, 2 nəfər yaralanıb - YENİLƏNİB


Lerikdə torpaq sürüşməsi nəticəsində xəsarət alanların şəxsiyyəti məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə nəticəsində 2014-cü il təvəllüdlü Ayan Arif qızı Əlirzayeva və 1988-ci il təvəllüdlü Qızqayıt Mirəhəd qızı Əliyeva xəsarət alıblar.

***

saat 12:07

Bu gün səhər saatlarında Lerikdə torpaq sürüşməsi olub, 1 nəfər ölüb.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə rayonun Çayrud kəndində baş verib.

Belə ki, torpaq sürüşməsi nəticəsində Əlirzayev Arifə məxsus ev dağılıb.

A.Əlirzayev ölüb, ailənin digər iki üzvü isə xəsarət alıb.

Yaralılar Lerik Rayon Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR