• HADİSƏ

    22:03 1 mart 2020

Bakı-Qazax yolunda avtomobil aşıb, ölənlər və xəsarət alanlar var - FOTO - YENİLƏNİB

Hacıqabul-Kürdəmir rayonlarının sərhədində baş vermiş yol qəzasında daha bir nəfər dünyasını dəyişib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, bu, 1983-cü il təvəllüdlü Mətləb Yusifovdur.

***

Saat 20:39

Hacıqabul-Kürdəmir rayonlarının sərhədində ölümlə nəticələnən ağır yol qəzası baş verib.

APA-nın Mil-Muğan bürosunun məlumatına görə, hadisə Bakı-Qazax magistralının Hacıqabul rayonu Padar kəndi ərazisindən keçən hissəsində qeydə alınıb.

90-AA-047 qeydiyyat nişanlı "Toyota" markalı avtomobilin aşması nəticəsində Bakı şəhər sakini, 2007-ci il təvəllüdlü Hüseynov Ayxan Tahir oğlu hadisə yerində dünyasını dəyişib, onun atası 1983-cü il təvəllüdlü Hüseynov Tahir Səbuhi oğlu və daha 3 nəfər də xəsarət alıb. Yaralılar Kürdəmir xəstəxanasına yerləşdirilib.

Avtomobildə olanların hamısı bir ailənin üzvləridir.

Faktla bağlı araşdırma aparılır.

Əlibəy

Teqlər:

SON XƏBƏRLƏR