• HADİSƏ

    21:29 19 fevral 2020

Bakı-Quba yolunda avtomobilin vurduğu qadın xəstəxanda ölüb - YENİLƏNİB


Bu gün Bakı-Quba yolunda avtomobilin vurduğu qadın xəstəxanada dünyasını dəyişib.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, həkimlərin səyinə baxmayaraq onun həyatını xilas etmək mükün olmayıb.

***

20:28

Bu gün Bakı-Quba yolunda piyadanın vurulması ilə nəticələnən yol-nəqliyyat hadisəsi qeydə alınıb.

APA-nın şimal bürosunun verdiyi məlumata görə, hadisə Şabranın Ağalıq kəndi ərazisində baş verib.

1942-ci il təvəllüdlü Səkinə Musayeva Hilal qızını maşın vurub. O, müxtəlif bədən xəsarətləri ilə Xaçmaz Mərkəzi Rayon Xəstəxanasına yerləşdirilib.

Faktla bağlı araşdırma aparılır.

Vəli

Teqlər:

SON XƏBƏRLƏR