Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda maarifləndirmə xarakterli tədbirləri davam etdirib - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 09:01 20 İyul 2019

Bakı Şəhər Baş Polis İdarəsi paytaxtda maarifləndirmə xarakterli tədbirləri davam etdirib - FOTO - VİDEO

Gecə saatlarında Bakı Şəhər Baş Polis İdarəsi tabeli orqanları ilə birgə ictimai qaydanın qorunması və ictimai təhlükəsizliyin təmin edilməsi, inzibati hüquqpozmalara qarşı gücləndirilmiş əməliyyat-profilaktik, maarifləndirmə tədbirlərini davam etidirib.

ONA xəbər verir ki, gecə saatlarında avtomobil yollarında hərəkətin təhlükəsizliyi, xüsusilə müəyyən olunmayan yerlərdə - səkilərdə, piyada keçidlərində avtomobillərin saxlanılması hallarına rast gəlinib, nəqliyyat vasitəsini sərxoş halda idarə edən sürücülər aşkar edilib.

Bu məqsədlə ilk olaraq metronun "20 Yanvar" stansiyasının yaxınlığında qanunsuz sərnişindaşıma ilə məşğul olan mikroavtous sürücləri ilə maarifləndirici söhbətlər aparılıb. Yol Patrul Xidmətinin əməkdaşları "dayanma-durma qadağandır" nişanının təsir dairəsində avtomobilini saxlayan sürücülərə xəbardarlıq edib. Bundan başqa gecə avtomobilini sərxoş halda idarə edən sürücülərə də rast gəlinib. Onlarla maarifləndirici söhbətlər aparılıb.

BŞBPİ DYP İdarəsinin bölmə rəisi Vaqif Əsədov APA-ya bildirib ki, səkilərdə avtomobilini saxlayan sürücülərə qarşı ciddi tədbirlər görüləcək. Kütləvi tədbirdə əsas məqsəd şəhər sakinlərində məsuliyyət hissinin artırılması, hüquqi düşüncənin formalaşmasıdır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR