Bakıda avtomobil yanıb - [color=red]FOTO[/color] - [color=red]VİDEO[/color]
  • HADİSƏ

  • 04:47 27 Sentyabr 2019

Bakıda avtomobil yanıb - FOTO - VİDEO

 

Yasamal rayonunda taksi fəaliyyəti göstərən avtomobil yanıb.

APA xəbər verir ki, hadisə Ziya Bünyadov prospektində baş verib. 

Belə ki, A.Salamzadə küçəsilə hərəkətdə olan "BMW" markalı minik avtomobili Ziya Bünyadov prospektinə keçərkən anidən alışıb.

Dərhal əraziyə FHN-in Yasamal Rayonu üzrə Yanğından Mühafizə Xidmətinin 2 yanğınsöndürmə briqadası cəlb edilib.

Yanğın söndürülüb. 

Yasamal Rayon Polis İdarəsinin və DYP əməkdaşları Ziya Bünyadov prospektində digər hadisənin baş vernəməsi üçün hərəkəti dayandırıb.

Hadisənin dəqiq hansı səbəbdən baş verməsi araşdırılır.

Nurlan Əli

Teqlər:

OXŞAR XƏBƏRLƏR