• HADİSƏ

    05:30 11 yanvar 2020

Bakıda "KİA” markalı avtomobil maneəyə çırpılaraq yanıb

Bakının Sabunçu rayonunda "KİA” markalı minik avtomobili maneəyə çırpılıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) APA-ya verilən məlumata görə, nəticədə avtomobilin yanar hissələri yanıb.

Yaxınlıqdakı tikili yanğından mühafizə olunub. Yanğın FHN-in yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Rəşad

Teqlər:

SON XƏBƏRLƏR