• HADİSƏ

    06:14 7 noyabr 2019

Bakıda mağazadan oğurluq edilib - FOTO - VİDEO

Paytaxtın Nəsimi rayonu Hüseyn Seyidzadə küçəsində yerləşən marketdən səhər saat 5 radələrində oğurluq edilib.

APA-nın məlumatına görə, oğurluq anı müşahidə kameraları vasitəsilə də qeydə alınıb.

Məlum olub ki, iki naməlum şəxs əvvvəlcə mağazanın giriş qapısını açmağa çalışıb. Müxtəlif alətlərdən istifadə edən şəxslər içəri daxil olublar və kassada olan 850 manat pulu oğurlayıblar.

Faktla əlaqədar Nəsimi Rayon Polis İdarəsinin əməkdaşları da məlumatlandırılıb. Hadisə yerinə gələn polis əməkdaşları müvafiq barmaq izləri götürüb.

Hazırda həmin şəxslərin axtarışları aparılır. Polis kamera görüntülərində əks olunan həmin naməlum şəxsləri tanıyanların bu barədə Daxili İşlər Nazirliyinin "102 zəng mərkəzi"nə məlumat vermələrini xahiş edir.

Nurlan

Teqlər:

SON XƏBƏRLƏR