Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunub
  • HADİSƏ

  • 17:08 12 İyul 2019

Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə rəis təyin olunub

Daxili İşlər Nazirliyinin (DİN) Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsinə (BMCMİ) yeni rəis təyin olunub.

ONA-nın məlumatına görə, Daxili işlər naziri, general-polkovnik Vilayət Eyvazovun müvafiq əmri ilə bu vəzifəyə Nəsimi rayon Polis İdarəsinin rəisi, polkovnik Əbülfət Rzayev təyinat alıb.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən faktı təsdiqləyiblər.

Bir müddət əvvəl BMCMİ-nin rəisi Seyfulla Əzimov Daxili işlər nazirinin birinci müavini vəzifəsinə təyin olunub.

Ə. Rzayev 1968-ci ildə anadan olub. Uzun müddət BDU-nun Hüquq fakültəsində “Konstitusiya hüququ” və “İnzibati hüquq” fənlərindən dərs deyib.

1995-ci ildən DİN sistemində xidmət edir.

Qeyd edək ki, bu barədə ilk xəbəri strateq.az saytı yayıb.

OXŞAR XƏBƏRLƏR