DİN: İri ticarət mərkəzlərinin anbarlarında qalan malların onlayn satışına icazə verilir
  • HADİSƏ

  • 18:30 30 Mart 2020

DİN: İri ticarət mərkəzlərinin anbarlarında qalan malların onlayn satışına icazə verilir

Daxili İşlər Nazirliyi (DİN) iri ticarət mərkəzlərinin anbarlarında qalan sahibkarlara məxsus malların onlayn satışına icazə verildiyini açıqlayıb.

DİN-in mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov APA-ya açıqlamasında bildirib ki, xüsusi karantin rejimi dövründə insanların bir-biri ilə təmasını, ünsiyyətini aradan qaldırmaq məqsədi ilə iri ticarət mərkəzlərinin fəaliyyəti məhdudlaşdırılıb: “Lakin buna baxmayaraq həmin ticarət mərkəzlərində çalışan sahibkarlar anbarlardakı mallarını onlayn satışını həyata keçirə bilərlər. Karantin dövründə onlayn ticarətin imkanlarından istifadə daha doğru seçimdir. Bu zaman satanla alan arasında birbaşa ünsiyyət və təmasın olmaması hər bir vətəndaşın sağlamlığının müdafiəsi deməkdir. Ona görə də sahibkarlara onlayn qaydada mallarını satmaq tövsiyə olunur”.

 

OXŞAR XƏBƏRLƏR