• HADİSƏ

    18:14 11 noyabr 2020

DİN komendant saatı ilə əlaqədar vətəndaşlara müraciət edib

Daxili İşlər Nazirliyi komendant saatı ilə əlaqədar vətəndaşlara müraciət edib.

ONA xəbər verir ki, nazirliyin müraciətdə deyilir:

“Vətəndaşlardan xahiş edirik ki, gedəcəyiniz ünvanadək olan məsafəni nəzərə alaraq komendant saatının başlanmasınadək, yəni saat 21:00-dək küçədəki hərəkətlərinizi başa çatdıraraq yaşadığınız ünvanlara qayıdasınız. Eləcə də, komendant saatı dövründə xüsusi icazə və şəxsiyyəti təsdiq edən sənəd olmadan küçələrə və digər ictimai yerlərə çıxmayasınız”.

ONA

Teqlər:

SON XƏBƏRLƏR