DİN: Bakı, Sumqayıt və Abşeronda xüsusi polis postları götürülüb
  • HADİSƏ

  • 10:10 18 May 2020

DİN: Bakı, Sumqayıt və Abşeronda xüsusi polis postları götürülüb

“Bu gündən etibarən Bakı, Sumqayıt şəhərləri və Abşeron rayonunda quraşdırılmış xüsusi polis postları götürülüb”.

 ONA xəbər verir ki, bunu APA-ya Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin rəisi, polis polkovniki Ehsan Zahidov deyib.

O bildirib ki,  həmin postlar götürülsə də, polis və Daxili Qoşunların hərbi qulluqçuları xüsusi karantin rejiminə nəzarəti davam etdirirlər: "Polis və Daxili Qoşunların hərbi qulluqçuları parklarda, bulvarda vətəndaşlarımızın sosial məsafəyə riayət etmələrinə, tibbi maskalardan istifadə etmələrinə, faəliyyətinə icazə verilmiş obyektlərin qrafikə uyğun düzgün fəaliyyət göstərməsinə nəzarət edirlər. Bu işlər gücləndirilmiş variantda davam etdirilir”.

ONA

Teqlər:

OXŞAR XƏBƏRLƏR