• HADİSƏ

    04:22 29 avqust 2020

Gəncədə baş vermiş yanğın söndürülüb - FOTO - YENİLƏNİB

Fövqəladə Hallar Nazirliyi Gəncə şəhərinin Kəpəz rayonunda baş vermiş yanğınla bağlı məlumat yayıb.

APA nazirliyə istinadən xəbər verir ki, hadisə zamanı ümumi sahəsi 120 kv/m olan birmərtəbəli evin dam örtüyünün yanar konstruksiyaları 80 kv/m sahədə, 1 otağında tavan 20 kv/m sahədə və əşyalar 3 kv/m sahədə yanıb. Yanğın zamanı 1 nəfər xəsarət alıb. Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

***

Saat 22:47

Gəncə şəhərində yanğın baş verib.

APA-nın yerli bürosunun xəbərinə görə, hadisə Nigar Rəfibəyli küçəsindəki fərdi yaşayış evlərinin birində qeydə alınıb.

Əraziyə Fövqəladə Hallar Nazirliyinin (FHN) Dövlət Yanğından Mühafizə Xidmətinin yanğınsöndürən maşınları və canlı qüvvəsi cəlb olunub.

Məlumata görə, yanğın nəticəsində bir nəfər - 1985-ci il təvəllüdlü Bağırov Rasim Asif oğlu qolundan yanıq xəsarəti alıb. Yaralı xəstəxanaya yerləşdirilib.

Əlavə məlumat veriləcək.

ONA

Teqlər:

SON XƏBƏRLƏR