Gəncədə yük maşını qəzaya uğrayıb, 2 nəfər ağır xəsarət alıb - [color=red]FOTO[/color] - [color=red]YENİLƏNİB[/color]
  • HADİSƏ

  • 04:30 17 Mart 2021

Gəncədə yük maşını qəzaya uğrayıb, 2 nəfər ağır xəsarət alıb - FOTO - YENİLƏNİB

Gəncədə baş vermiş yol qəzası nəticəsində xəsarət alanların adları məlum olub.

APA-nın yerli bürosunun məlumatına görə, bunlar sürücü Zeynalov Razim Nazim oğlu və onun sənişini Bayramov Elgün Bayram oğludur.

***

Saat 00:02

Gəncədə yol-nəqliyyat hadisəsi baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə Nizami məqbərəsi yaxınlığında qeydə alınıb.

Hərəkətdə olan "Isuzu" markalı yük maşını idarəetmədən çıxıb. Nəticədə yük maşını yol kənarındakı səkiyə çırpılıb. Qəza zamanı sürücü və onun sərnişini ağır xəsarət alaraq xəstəxanaya yerləşdirilib. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Fuad Nazimoğlu

Teqlər:

OXŞAR XƏBƏRLƏR