• HADİSƏ

    02:47 2 dekabr 2019

Goranboyda evdə baş verən partlayışda xəsarət alanların kimliyi məlum olub - YENİLƏNİB

Goranboyun Kəpənəkçi kəndinin Etibar Namazoğlu küçəsində evdə baş vermiş partlayış nəticəsində yanıq xəsarətləri alan şəxslərin adları məlum olub.

APA-nın yerli müxbirinin verdiyi məlumata görə, xəsarət alanlar Ucar rayon sakinləri - 2008-ci il təvəllüdlü Tahir Əhmədov, 2010-cu il təvəllüdlü Məftun Əhmədov və 2016-cl il təvəllüdlü Cahid Əhmədovdur.

Xəsarət alan üç qardaşa üz, qarın və digər bədən nahiyələrində 1-ci, 2-ci dərəcəli çoxsaylı yanıq diaqnozu qoyulub. Durumları ağır olaraq qiymətləndirilir.

T.Əhmədovun vəziyyəti daha ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Qeyd edək ki, ailənin partlayış baş verən mənzildə kirayə yaşadığı bildirilir.

****

00:07

Goranboy rayonunda fərdi yaşayış evində partlayış baş verib.

APA-nın yerli bürosunun məlumatına görə, hadisə rayonun Kəpənəkçi kəndində qeydə alınıb.

Hadisə nəticəsində evdə olan dörd nəfər müxtəlif dərəcəli yanıq xəsarətləri alıb.

Yaralılardan üçünün azyaşlı olduğu bildirilir.

Xəsarət alanlar rayon mərkəzi xəstəxanasının reanimasiya şöbəsinə yerləşdiriliblər.

İlkin məlumata görə, partlayış qaz sızmasından baş verib.

Faktla bağlı araşdırma başlanılıb.

Ehtiram

Teqlər:

SON XƏBƏRLƏR